BMT Baş Assambleyası Əfqanıstanla bağlı yeni qətnamə layihəsini qəbul edib.
News365.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Belə ki, Almaniya, İrlandiya və İsveçrənin təqdim etdiyi sənədə 116 ölkə dəstək verib, ABŞ və İsrail isə əleyhinə səs verib.
Qətnamə Əfqanıstan hökumətindən terrorla mübarizə və qadınlara qarşı zülmə son qoymağı tələb edir. Sənəddə iqtisadi dirçəlişin əhəmiyyəti və donor dəstəyinin artırılması da vurğulanıb.