Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic oldu

Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic oldu
14:51

Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub.

Bu barədə Rusiya Turoperatorları Assosiasiyası məlumat yayıb.

Bildirilib ki, günün ikinci yarısına planlaşdırılan 52 reysdən 30-u ləğv edilib, 9-u isə gecikib.

Qeyd edək ki, dünəndən etibarən PUA hücumu ilə əlaqədar Moskvanın Şeremetyevo, Peterburqun Pulkovo hava limanlarında uçuşlar məhdudlaşdırılıb. Təkcə dünən Şeremetyevo hava limanında 174 reys təxirə salınıb. Onminlərlə sərnişin hava limanlarında qalıb.


Sizin reklam burada
Sizin reklam burada