Arzum Onan yeni sevgilisi ilə Yalıkavakda əl-ələ görüntüləndi

Arzum Onan yeni sevgilisi ilə Yalıkavakda əl-ələ görüntüləndi
11:51

1996-cı ildə evlənən və illərlə Türkiyənin “nümunəvi cütlüyü” kimi tanınan Arzum Onan və Mehmet Aslantuğ 2023-cü ildə 27 illik evliliklərini sonlandırmışdı. Cütlük boşanma məhkəməsinə əl-ələ gəlib, eyni şəkildə əl-ələ çıxaraq münasibətlərini qarşılıqlı hörmətlə bitirmişdi.

Boşanmadan sonra Mehmet Aslantuğun iş xanımı Gözde Akpınar ilə münasibət qurduğu iddia olunsa da, bu xəbərlər tezliklə təkzib edildi.

Digər tərəfdən Arzum Onan isə uzun illərdir ABŞ-da yaşayan iş adamı Orkan Özkanla münasibətə başlayıb. Onan sosial mediada etdiyi paylaşımlardan birində bu münasibəti təsdiqləyərək “Hər şey yolundadır” sözləri ilə xoşbəxtliyini paylaşmışdı.

Artıq bir ildir birlikdə olan cütlük hazırda Bodrumda dincəlir. Onlar ötən gün Yalıkavakda əl-ələ alış-veriş edərkən görüntüləniblər.


Sizin reklam burada
Sizin reklam burada