Sabah Ənvər Çingizoglunun yeni kitabının təqdimatı olacaq.
News365.az xəbər verir ki, yazıçı-jurnalistin ölümündən
sonra işıq üzü görəcək kitabı “ İrəvanın etnik tarixi” (İrəvan soyları ) adlanır. Adından da göründüyü
kimi kitab qədim Azərbaycan torpağı
olan İrəvanın tarixinə həsr olunub. Daha doğrusu, İrəvandakı məşhur soylar barədə
kitabda geniş məlumat yer alıb.
Qeyd edək ki, Əməkdar jurnalist
Ənvər Çingizoğlu 100-ə yaxın kütabın müəllifi, 5 kitabınsa tərtibçisidir. Allah
Ənvərə Çingizoğluna rəhmət eləsin, kitabı da Vətənimizə, millətimizə xeyirli , uğurlu olsun!