ABŞ-ın Kaliforniya ştatında artıq ikinci həftədir davam edən yanğınlar fonunda Los-Anceles dairə polisi üç nəfəri meşələri yandırmaqda şübhəli bilərək həbs edib.
Bu barədə informasiyanı Los-Anceles dairəsinin polis rəisi Cim Makdonnel mətbuat konfransında bildirib.
"Bazar günü gecə Şimali Hollivudda zabitlərimiz alışqandan istifadə edərək yanğın törətməkdə şübhəli bilinən şəxslə bağlı zəngə cavab verdilər... Bazar ertəsi günü əlavə iki nəfər həbs edildi", - Makdonnell deyib.
Qeyd edək ki, yanvarın 7-də Los-Anceles dairəsində başlayan meşə yanğınları ştat tarixinin ən böyük yanğınları hesab olunur. Səlahiyyətlilərin məlumatına görə, yanğınların ümumi sahəsi 16 min hektarı ötüb. Ən azı 24 nəfər həlak olub, məşhurların evləri də daxil olmaqla 12300-dən çox bina dağılıb.
Meteoroloqlar qeyd edirlər ki, küləkli hava yanğının sürətlə yayılmasına səbəb olub