Müxalif "Gürcüstan naminə" partiyasının lideri, keçmiş baş nazir Giorgi Qaxariyaya hücum edilib.
Bu barədə Gürcüstan mətbuatı yazıb.
Mənbə qeyd edir ki, hadisə çərşənbə günü gecə Batumidəki "Şeraton" otelində baş verib.
İnsidentdən sonra Qaxariya yerli xəstəxanaya çatdırılıb.
Xəstəxanadan jurnalistlərə bildiriblər ki, Qaxariyanın vəziyyəti ümumilikdə stabildir və tibbi yardım göstərildikdən sonra öz istəyi ilə xəstəxananı tərk edib.