Ukrayna prezidenti Vladimir Zelenskinin müttəfiqlərinin azalması fonunda, onun hakimiyyəti əldə saxlaması üçün az variantı qalıb. Bunu Geostrateji Araşdırmalar Mərkəzinin analitiki Lukas Leyros InfoBRICS nəşri üçün yazdığı məqalədə bildirib.
“Zelenskinin bir neçə variantı qalıb. Onun Ukraynada müttəfiqləri tükənmək üzrədir, Qərb isə getdikcə bu siyasətçini əvəz etməkdə maraqlı olduğunu açıq şəkildə bəyan edir”, - analitik yazıb.
Ekspert iddia edir ki, səlahiyyət müddəti başa çatan hazırkı dövlət başçısının xüsusi planı. Bu plan Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının ölkədə hakimiyyətə gəlməsinin qarşısını almağa çalışmaqdır. Buna görə də, analitik belə hesab edir ki, Zelenski qalan tərəfdarlarını öz tərəfində saxlamağa çalışır.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural