Yeni doğulan oğlunu buza tullayan bloger həbs olundu

Yeni doğulan oğlunu buza tullayan bloger həbs olundu
13:57

Rusiyada bloger körpə uşağa qarşı anormal davranışlarına görə gündəmə çevrilib. Moskvanın Basmann məhkəməsi bloger Sergey Kosenkonu sağlamlığa ağır xəsarət yetirmək və valideynlik öhdəliklərini yerinə yetirməmək maddələri ilə qiyabi həbs edib. Bu barədə paytaxt məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.

Söhbət blogerin yeni doğulmuş oğlunu şaxtalı havada qarın içinə içinə atmasını əks etdirən videodan gedir.

“Təqsirləndirilən şəxs uşağı özündən uzağa və yuxarı ataraq onun hündürlükdən aşağı düşməklə xəsarət almasına səbəb olub. Cinayət niyyəti uşağın yıxılandan sonra qar örtüyünün yumşaq olması səbəbindən tamamlanmayıb”, - deyə mətbuat xidmətindən bildirilib.

Nəticədə məhkəmə bloqqerin Rusiyaya ekstradisiya edildiyi andan və ya saxlandığı andan iki ay müddətinə həbs edilməsi barədə qərar çıxarıb.

Tural