Suriyanın yeni lideri ilk xarici səfərini bu ölkəyə edəcək

Suriyanın yeni lideri ilk xarici səfərini bu ölkəyə edəcək
12:43

Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əş-Şaraa ilk xarici səfərini Türkiyəyə etməyi planlaşdırır.

Bu barədə "Hürriyet" qəzeti yazıb.
 

Mənbə qeyd edir ki, əfər əş-Şaraanın Suriyanın yeni parlamenti tərəfindən dövlət başçısı seçilməsindən sonra baş tutacaq.


Qeyd edək ki, çərşənbə günü Ankarada Türkiyə rəsmiləri ilə Suriyanın yeni administrasiyasının xarici işlər naziri Əsəd Həsən əş-Şeybaninin rəhbərlik etdiyi nümayəndə heyəti arasında danışıqlar keçiriləcək. Nümayəndə heyətinə, həmçinin müdafiə naziri Mirhaf Əbu Kisra və kəşfiyyat xidmətinin direktoru Enes Hattab daxildir.


Youtube kanalımız