Dünən axşam saatlarında Xətai rayonunda intihar baş verib.
Hadisə ötən gün saat 20 radələrində qeydə alınıb.
Bakı şəhər sakini 2000-ci il təvəllüdlü Murad İbrahim oğlu Kərbalıyev özünü M.Hadi küçəsi 68 ünvanındakı binanın 17-ci mərtəbəsinin eyvanından atıb. O, hadisə yerində ölüb.
Əldə etdiyimiz məlumata görə, vəfat edən gənc “Azəriqaz” İB-nin keçmiş mətbuat katibi, hazırda qurumun kargüzarlıq şöbəsində çalışan İbrahim Kərbalıyevin oğludur.
Yüksək balla Azərbaycan Neft və Sənaye Universitetinin bakalavr və magistr pillələrini bitirən Murad da həmin qurumda çalışırmış.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.Qafqazinfo.