Böyük Britaniya və Fransada Fələstinə dəstək aksiyaları keçiriləcək

Böyük Britaniya və Fransada Fələstinə dəstək aksiyaları keçiriləcək
11:14

News365.az xəbər verir ki, bu gün Böyük Britaniya və Fransada Fələstinə dəstək məqsədilə genişmiqyaslı aksiyalar keçiriləcək.

Xarici KİV-in məlumatına görə, Londonda təşkil olunacaq yürüşlər İsrailin Qəzzadakı hərbi əməliyyatlarına etiraz xarakteri daşıyacaq. Etirazçılar həmçinin “Fələstin Fəaliyyəti” hərəkatına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasını tələb edəcəklər.

Parisdə isə müxtəlif vətəndaş birlikləri fələstinlilərlə həmrəylik nümayiş etdirərək küçələrə çıxacaq.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada