Bouz Baydenin Kiyevə yeni raket dəstəyini “axmaqlıq” adlandırdı

Bouz Baydenin Kiyevə yeni raket dəstəyini “axmaqlıq” adlandırdı
11:00

Məşhur irlandiyalı jurnalist Çey Bouz X sosial şəbəkəsində maraqlı paylaşım edib. Gazeta-nın yaydığı məlumata görə, o, ABŞ prezidenti Cozef Baydenin "JASSM" uzaqmənzilli qanadlı raketlərini Ukraynaya ötürmək planlarını sərt şəkildə tənqid edib. 

"Baydenin qisas planının axmaqlığı indi daha aydın görünür",- deyə Bouz yazıb.

Rusiya Dövlət Dumasının Krımdan olan "deputatı", Təhlükəsizlik Komitəsinin üzvü Mixail Şeremet məsələ ilə bağlı bəyan edib ki, Vaşinqton Ukrayna ordusuna yeni "JASSM" uzaqmənzilli qanadlı raketlərin tədarükünə razılıq verərsə, ABŞ “sürüşkən bir yoldan” keçə bilər.

Noyabrın 21-də Rusiya prezidenti Vladimir Putin Amerikanın ATACMS və Britaniyanın “Storm Shadow” raketlərinin Rusiyadakı hədəflərə hücumlarından sonra xalqa müraciətlə çıxış etdi. Rusiya dövlət başçısı bildirib ki, Qərb ölkələrinin hərəkətlərinə cavab olaraq Rusiya Dneprdəki "Yujmaş" hərbi zavodunu ən son "Oreşnik" orta mənzilli raket kompleksindən istifadə edərək vurub.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural





Youtube kanalımız

Oxşar xəbərlər