Cənubi Koreyada maraqlı hadisə baş verib. “Korean Herald”ın yaydığı məlumata görə, 26 yaşlı gənc orduya cəlb olunmaması üçün bilərəkdən hədsiz çəki alıb.
Seul Dongbu Şərq Dairə Məhkəməsi təqsirləndirilən şəxsi Hərbi Xidmət Qanununu pozduğuna görə iki il müddətinə azadlıqdan məhrum edib. Bu qanun əmək qabiliyyətli Cənubi Koreyalıların ən azı 18 ay hərbi xidmət keçməsini tələb edir. Çağırışdan yayınanlara üç ilə qədər həbs cəzası verilir.
Nəşrin məlumatına görə, hətta dostu ona əsgərlikdən yayınmaq üçün çəki artırmağa dair xüsusi qidas rasionunun hazırlamaqda kömək edib. Həmin şəxsə dostuna köməklik etdiyi üçün altı ay həbs cəzası verilib, iki il müddətinə isə şərti cəza kəsilib.
Məlumata görə, gənc qısa müddətdə 102 kilo kökəlibmiş: "2017-ci ilin oktyabrında keçirilən ilkin tibbi müayinədə 26 yaşlı müttəhimin orduda xidmət etməyə yararlı olduğu və döyüşlərdə iştirak edə biləcəyi məlum olub. 2023-cü ilin iyununda keçirilən son tibbi müayinədə kişiyə piylənməyə görə dördüncü kateqoriya verilib. Onun çəkisi 102,3 kiloqram, boyu 169 santimetr idi".
Tural