Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə təzyiq göstərməkdə və cəbhədə irəliləməkdə davam edir. Bu barədə DeepState məlumat yayıb. Saytın analitiklərinin məlumatına görə, ruslar Donetsk vilayətində iki yaşayış məntəqəsini - Katerinivka və Yuryevkanı işğal ediblər.
DeepState yazır ki, Rusiya hərbçiləri 9 yaşayış məntəqəsi yaxınlığında da irəliləyə bilib.
"Düşmən Katerinivka və Yuryevkanı işğal edib, həmçinin Novomlinsk, Stelmaxovka, Bolşaya Novoselka, Jeltoy, Zarya, Novodmitrovka, Voznesenka, İlyinka və Kuraxovo yaxınlığında irəliləyib", - məlumatda deyilir.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural