"Hesab edirəm ki, COP29 tədbirinin iqlim probleminin həlli üçün göstərdiyii töhvələr hələ çox danışılacaq".
News365.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.
Onun sözlərinə görə, Azərbaycan lider imicini möhkəmləndirib və yeni toplantıların keçirilməsi imkanını artırıb. COP29 çərçivəsində keçirilən Parlament Görüşündən danışan S.Qafarova bildirib ki, görüşdə 345 nəfər parlamanet təmsilçisi iştirak edib:
"Bildirdim ki, ölkəmiz yaşıl enerji zonaları yaradaraq əzm və qətyyət nümayiş etdirib".
Sədr nəzərə çatdırıb ki, Parlament Görüşündə 7 sessiya keçirilib. "COP29 və parlament görüşündə15 ikitərəfli görüş baş tutub".