Vladimir Putin bildirib ki, Moskva döyüş şəraitində yeni tipli raketlərin istifadəsindən çəkinməyəcək.
Politoloq Xəyal Bəşirov mövzu ilə bağlı News365.az-a fikirlərini bildirib.
Onun sözlərinə görə, tədbirlər götülməsə, proseslərin üçüncü dünya müharibəsinədək uzanma ehtimalı var:
"Dünya, xüsusilə Avropa dövlətləri hər an bu təhlükəni gözləyir. Hər an bu təhlükə gözlənilirsə, deməli bu istiqamətdə qlobal narahatçılıq, qlobal qayğılanma var. Təbii ki, gələcəkdə Donal Trampın bu prosesin qarşısını alması üçün ilk öncə tərəfləri masaya oturmaqla bağlı prosesi reallaşdırması lazımdır. Əks təqdirdə mən düşünürəm ki, üçüncü dünya müharibəsinin real müstəvidə başlaması hər an gözlənilə bilər.”- deyə vurğulayıb.
News365.az