Rusiya ilin sonuna kimi Ermənistanla ticarət dövriyyəsinin rekord həcmə - 14-16 milyard dollara çatacağını gözləyir.
News365.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “İzvestiya” qəzetinə müsahibəsində bildirib.
“Konkret rəqəmlər haqqında danışsaq, artıq 2024-cü ilin birinci yarısında Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 8,3 milyard dollar həddini keçərək, bütün ötən ilin göstəricilərini – 7,4 milyard dolları ötüb, 14-16 milyard dollardır”, - deyə o qeyd edib.
Səfir vurğulayıb ki, hazırda Ermənistanda birgə iqtisadi layihələrin həyata keçirilməsinə başlanılması istiqamətində iş aparılır. Onların Ermənistan sənayesinin inkişafına töhfə verəcəyi nəzərdə tutulur.