Almaniyanın keçmiş kansleri Angela Merkel diqqət çəkən açıqlamalar verib. O, Qərbi Rusiyanın nüvə potensialını tanımağa çağırıb. Merkel bu potensialı “qorxunc” adlandırıb. O, bu barədə BBC-yə müsahibəsində bildirib.
Merkel Qərb ölkələrini qorxuya təslim olmamağa, amma Rusiyanın ABŞ ilə birlikdə ən böyük nüvə dövləti olduğunu qəbul etməyə çağırıb. Siyasətçi həmçinin nüvə münaqişəsinin qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə də çağırıb.
Noyabrın 20-də Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkin bildirmişdi ki, Qərb Rusiya prezidenti Vladimir Putinin nüvə doktrinasına düzəlişlər etmək barədə bəyanatından ehtiyatlanır.
Tural