Məşhur Ultimate Fighting Championship (UFC) çempionatının hazırkı çempionu gürcü Merab Dvalişvili rusiyalı döyüşçü Umar Nurməhəmmədovun X sosial şəbəkəsində paylaşıma cavab verib. O, Umarı Gürcüstana və ümumilikdə gürcü xalqına hörmətsizlikdə ittiham edib.
Bundan əvvəl Nurməhəmmədov sosial şəbəkə hesabında bir gürcü atalar sözünü yerləşdirib yazmışdı ki, qorxaq həmişə geri çəkilmək üçün bəhanə tapacaq. X sosial şəbəkəsindəki yazı Dvalişvili ilə digər rusiyalı döyüşçü Petr Yan arasında döyüşə çağırışla bağlı söz atışmasından sonra dərc edilib.
“Bax buna görə mənim Umara və Əliyə (Ömərin meneceri - Əli Əbdül-Əziz - red.) olan hörmətim çoxdan itib. Onlar mənim ölkəmə, xalqıma hörmət etmədən çirkin oyunlar oynayıb cəfəngiyyatlar yazırlar. Bu eyni enerjidə qalıb, baxarıq mən sizi şəxsən görəndə nə olacaq...”, - deyə Gürcüstan nümayəndəsi cavab olaraq yazıb.
Qeyd edək ki, Umar məşhur keçmiş döyüşçü Həbibin əmisi oğludur.
Tural