Bölgələrdə yeni universitetlər yaradılsın - TƏKLİF

Bölgələrdə yeni universitetlər yaradılsın - TƏKLİF
16:18

Ailə institutunun gücləndirilməsi səbəbi ilə dövlət proqramı hazırlanmalıdır.

News365.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı bildirib. 

Deputat bildirib ki, ailə institutuna yönələn təhdidləri nəzərə alaraq milli-mənəvi dəyərlərin qorunması, ailə institutunun gücləndirilməsi ilə bağlı ayrıca dövlət proqramlarının hazırlanmasını lazımdır. 
Həmçinin deputat bölgə universitetlərində qəbul planlarının artırılmasını təklif edib:

“Qarşıda duran mühüm məsələlərdən biri də hesabatda da əksini tapdığı kimi bölgələrdə yeni universitetlərin yaradılması və bölgə universitetlərini qəbul planının artırılmasıdır. Bu öz növbəsində şəhərdə tıxacın azaldılmasına müsbət təsir göstərə bilər” – o qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada