Müğənni Lətifə Soyuöz geyimlərini satışa çıxaracaq. News365.az xəbər verir ki, sənətçi bu haqda "İncə səhər" verilişində danışıb. Sənətçi bildirib ki, artıq paltarlarının çoxunu satış üçün ayırıb:
"Bir paltarı bir, ən çox ikinci dəfə geyinirəm. Sonra geyinə bilmirəm. Qalmasına da heyfim gəlir. Hər adama da vermək olmur. Fərqlilik axtaranlara verə bilərəm. Kimsə özəl kolleksiyadan özəl geyim istəsə götürə bilər".