Aparılacaq təmir işləri ilə əlaqədar sentyabrın 14-ü saat 6:00-dan etibarən Binəqədi rayonunun Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə news365.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, təmir səbəbilə sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər. Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.
Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş
olunur.