Bəxtiyarın Rusiyadan çıxışına qadağa qoyuldu

Bəxtiyarın Rusiyadan çıxışına qadağa qoyuldu
08 Okt 2024 16:56

Azərbaycan əsilli məşhur reper Jah Xalibin (Bəxtiyar Məmmədov) adı Rusiyada çıxışı qadağan edilən sənətçilərin qeyri-rəsmi siyahısına daxil edilib.

News365.az xəbər verir ki, bu barədə Rusiyanın “Verstka” nəşri məlumat yayıb.

Bildirilib ki, bu addım Rusiya və Ukrayna arasındakı müharibə fonunda atılıb.

Nəşrə görə, 79 məşhurun adının daxil olduğu siyahı reklam və tədbir agentliklərinə göndərilib. Qadağan edilmiş sənətçilərin siyahısının məsləhət xarakterli olduğu vurğulanıb.

Kremlin rəsmi sözçüsü Dmitri Peskov məsələ ilə bağlı açıqlamasında “Biz siyahı haqqında heç nə bilmirik. Ortalıqda çoxlu saxta siyahılar var” deyib. Onun sözlərinə görə, Rusiya və Ukrayna arasındakı vəziyyətlə bağlı tədbirin təşkilatçıları bu cür addımlar ata bilərlər, lakin Kremlin bununla heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, Xalibin həyat yoldaşı islamı qəbul etmiş ukraynalıdır.


Youtube kanalımız