XII əsrin sonlarında
atasının qətlindən sonra yoxsulluq içində böyüyən yetim bir gənc idi Çingiz. Amma
dərəin zəkası, döyüşkən ruhu ilə cəmi iyirmi il ərzində o, "Okeanın
Ağası" oldu. Onun idarə etdiyi ərazilərdə günəş bir yerdə batırdısa, digər
yerdə doğurdu. Və beləcə o, tarixin ən böyük imperiyasını yaratdı.
Nəhayət 1227-ci
ildə bir yürüş zamanı Çingiz xan həlak oldu. Və özündən sonra varislərinə Sakit
Okeandan Xəzər dənizinə qədər uzanan, 24 milyon kvadrat kilometr sahəni əhatə
edən ucsuz-bucaqsız bir ərazi qoyub getdi.
Bəs bu
fatehin limitsiz sərvətləri necə oldu?
Bununla
bağlı müxtəlif versiyalar var. Amma ən inandırıcısı odur ki, Çingiz xan heç
zaman sərvət toplayıb, onu gizlətmədi. O bütün qazancını ancaq silahdaşları ilə
bölüşdü. Ona görə də o, az qala bütün Avrasiyanı idarə edirdi.
Deyilənlərə
görə onun sərvəti torpaqda, mal-qarada, xəracda və ticarətdə idi. Və bugünkü
pulla bu məbləğlər astronomikdir. Müqayisə üçün deyək ki, bu günkü milyarderlərin
bütün sərvətlərini bir yerə toplasan Çingiz xanın sərvətinin yanında çox cüzi
görsənər.
Çingiz xanın
orduları fəth etdikləri ərazilərdə kütləvi qırğın törətmirdilər. Amma yerli
hakimiyyətin boynuna yüksək xərac qoyurdular. Ən əsası düzgün hesabatlılıq
vardı. Ələ keçirilən şəhərlərdə ilk öncə qənimətlər katiblər tərəfindən qeydə
alınır, daha sonra isə döyüşçülər arasında bərabər bölünürdü.
Tarixçilər
Rusiya, Çin, Xorazm və Orta Asiyadakı yürüşlərdən tonlarla metal ixrac edildiyini,
yüzlərlə ton qızıl və minlərlə ton gümüş toplandığını təxmin edirlər.
1219–1221-ci
illərdə Xorazmin alınması zamanı II Şah Məhəmməd varlı bir dövlətə - ipək, ədviyyat
və fars xalçaları daşıyan karvanlara hökmranlıq edirdi. Səmərqənd, Buxaranı və
Urgenci ələ keçirən Çingiz xanın döyüşçüləri təkcə bu yürüşdən Çingiz xan
milyardlarla dollarlıq metal və mallara nəzarət ələ keçirdi.
Çində, Jin
imperiyasına qarşı monqollar 1211–1215-ci illərdə Pekini (Zhongdu) ələ keçirdilər.
Bu hesaba çox böyük sərvət ələ keçirildi.
Köçəri türklər
üçün mal-qara həyat demək idi. Çingiz xanın ordusunda 100.000–200.000 döyüşçü
var idi ki, onların da sərəncamında ən azı 3-5 at vardı. Ümumilikdə onun
ordusunda milyonlarla at yer almışdı. Üstəlik, sayı-hesabı bilinməyən qoyun, dəvə
və öküz sürüləri xanın sərəncamında idi. Atlar sadəcə nəqliyyat vasitəsi deyil,
silah idi. Əsgərlər yorğun atları təzə atlarla dəyişdirir, gündə yüzlərlə
kilometr yol qət edirdilər. Mal-qaranın altındakı torpaqlar Monqolustanın
otlaqları, Qazaxıstanın çölləri, Çinin vadiləri idi. Fəth edilən ərazilərdən- çinlilər
düyü, Orta Asiyalılar pambıq xərac verirdilər. Bu xəracların bu günkü dəyəri
trilyon dollarla hesablanır.
“İpək Yolu”
necə dirçəldi?
Çingiz xanın
idarəçiləri Çindən Avropaya gedən yollar quldurlardan təmizlədi, yoxlama məntəqələri
və vizalar tətbiq edildi. Karvanlar aylarla itkisiz səyahət edirdilər. Ticarət
sürətlə inkişaf edir Qərbə ipək və çini, Şərqə isə qızıl və xəz daşınırdı. Xanın
qərarı ilə yükün onda birindən rüsumlar alınırdı Bununla belə, yüklər böyük mənfəət
gətirirdi. Çingiz xanın dövründə İpək Yolunun illik dövriyyəsi bu gün
milyardlarla dollara bərabər idi.
Müasir
hesablamalar: Xanın trilyonlar
Dəqiq rəqəmlər,
bank hesabları yoxdur. Lakin tarixçilər və iqtisadçılar hesablayırlar. Çingiz
xanın torpaq və sərvətlər üzərində nəzarətinə əsasən, bugünkü dollarla 100-150
trilyon dollarlıq varidatı vardı. “Time and Celebrity” jurnalının hesabatına
görə xanın xalis sərvəti XIII əsrdə qlobal ÜDM-dəki payını nəzərə alaraq, bu rəqəmi
120 trilyon dollar olaraq qiymətləndirir. Beləliklə Çingiz xanın dünyanın dörddə
birinə nəzarət edirdilər. Digər mənbələr bu rəqəmi 12 milyon kvadrat mil torpaq
da daxil olmaqla 130 trilyon dollar, hətta 150+ trilyon dollar olaraq göstərir.
Müqayisə üçün, bu gün ən varlı adam olan Elon Maskın sərvəti 700 milyard
dollardır.
Çöl türbəsindəki
xəzinənin sirri
Çingiz xanın
məzarı gizlədilib. Əfsanəyə görə, ərazini 1000 at tapdalayıb və şahidlər edam
edilib. Lakin çoxları imperiyanın bütün qızılının orada olduğuna inanır. 2004-cü
ildə Yapon-Monqol ekspedisiyası bir sarayın xarabalıqlarını tapdı, amma məzar
yox.
Hər hansı
bir qızıldan daha dəyərli bir miras
Çingiz xan
dünyanı dəyişdirdi. Mədəniyyətləri qarışdırdı, texnologiyanı və genlərini yaydı.
Statistikaya görə bu gün Çingiz xanın 16 milyon nəsli var. Onun sərvəti sikkələrdə
deyil, gücdədir. Müasir milyarderlər səhmlər və yaxtalar toplayır, xan isə qitələri
fəth edirdi. Və o qalib gəldi. İmperiya əsrlər boyu ondan daha çox yaşadı və
trilyonlarla rəqəm kağız üzərində sadəcə rəqəmlərdir.
News365.az