Belçikada raket zavodu üzərində naməlum dronlar peyda olub.
News365.az xəbər verir ki, Avropa İttifaqının aparıcı silah istehsalçılarından olan “Thales Belgium” şirkəti açıqlayıb ki, son aylarda onun raket zavodunun üzərindən naməlum dronların uçuşları xeyli artıb.
Bildirikib ki, şirkət bu vəziyyətin təhlükəsizlik riski yaratdığını bildirir və hökumətdən dronlara qarşı müdafiə tədbirlərinin — aşkarlama, siqnal pozma və vurma üsullarının — qanuni çərçivəyə salınmasını tələb edir.
Qeyd edilib ki, hazırkı qanunlar şirkətin belə hallarda müdaxilə etməsinə icazə vermir.