Basqalda kitabxana tikəcəm - Bəhram Bağırzadə planlarından danışdı

Basqalda kitabxana tikəcəm - Bəhram Bağırzadə planlarından danışdı
09 Fev 2025 02:22

Bəhram Bağırzadə: "Arzum var ki, Basqallıda kitabxana tikim"


Xalq artisti Bəhram Bağırzadə imkan düşərsə, Basqala köçmək arzusunda olduğunu bildirib. News365.az xəbər verir ki, o, bu barədə açıqlamasında danışıb.

"İmkanım olsa, kəndə köçərəm. Mənim babam Basqallıdır. Basqal kəndi... Bu yaxınlarda orada oldum. 30-cu illərdə İsmayıllı rayonunun tərkibinə daxil edilib. Allah ömür versə, Basqalda ev tikmək istəyirəm. Birinci mərtəbəsində kitabxana qurmaq arzum var. Kitab dükanı yox, məhz kitabxana... Kəndin uşaqları ora gəlsinlər, kitab oxusunlar. Mən də onlarla birlikdə mütaliə edib, müzakirələr aparacağam. Bildiklərimi onlarla bölüşmək istəyirəm. Allah qismət eləsə, bu arzum reallaşar", – deyə sənətçi bildirib.



Sizin reklam burada
Sizin reklam burada