"Baş nazirin səfəri çərçivəsində tammiqyaslı əməkdaşlıq gözlənilir"- Cavanşır Feyziyev

"Baş nazirin səfəri çərçivəsində tammiqyaslı əməkdaşlıq gözlənilir"- Cavanşır Feyziyev
03 May 2025 13:06

"Görünür ki, İsrail Baş nazirinin Azərbaycana səfəri çərçivəsində bu ölkənin Azərbaycanla tammiqyaslı əməkdaşlığa başlaması gözlənilir. "

Milli Məclisin deputatı Cavanşır Feyziyev bu sözləri News365.az-a açıqlamasında deyib.

"Başqa sözlə, bütün sahələr üzrə əməkdaşlığın əsası qoyulacaq. Qarşıya çıxan çətinliklərə baxmayaraq, bir çox sazişlərin imzalanacağı gözlənilir. Və təbii ki, qeyd etdiyiniz kimi, regional və beynəlxalq məsələlər də müzakirə olunacaq."

"Hazırda İsrail-Suriya, İsrail-Türkiyə münasibətləri kifayət qədər gərgindir. Bundan əlavə, İsrail-Türkiyə əlaqələrinin gərgin vəziyyətdə olduğu dəfələrlə vurğulanır. Qeyd etmək istərdim ki, İsrail müharibədən əziyyət çəkən bir dövlətdir. Bu ölkə uzun illərdir müharibə şəraitində yaşayır."


Sizin reklam burada
Sizin reklam burada