Redaksiyamıza
növbəti şikayət daxil olub. Bu dəfə şikayət “Bakuelectronics” MMC -dəndir.
Şikayətçi isə Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, ev 62, mən 24-də yaşayan Rzayeva Reyhan Qəzənfəz
qızıdır
News365.az-a
müraciətində o bildirib ki, 05.07.2024
tarixdə “Bakuelectronics” MMC-dən qızı Ələsgərova Könül Faiq qızının adına kreditlə və 1 illik zəmanətlə paltaryuyan alıb:
“Paltaryuyan
üçün 1100 manat ödəniş etdim. Çatdırılma isə 2 gün sonra oldu. 4 aydan sonra paltaryuyanın iç barabanında
metal karroziya aşkarlandı. Dərhal “Samsung” şirkətinin Bakı ofosonon qaynar xəttinə
müraciət etdik. Tələb etdim ki, maşını ya qüsursuz maşınla dəyişin, ya da ödədiyim
pulu qaytarıb, müqaviləni ləğv edin.
21.11.2024
tarixində Baku Service Company Nəsimi filialından “Bakuelectronicsə məxsus olan
servis” usta Elmir Huseynov mənzilə göndərildi
və yerində baxış edib görüntülü ilə Bakidaki
Samsung nümayəndəsinə video görüntülü şəklində göstərdirdi. Daha sonar
Servis tərəfindən rəy verildi-ki barabanda qusur var. Maşın göndərib paltaryuyanı
təmirə apardılar.
07.12.2024
tarixində BSC usta tərəfindən zəng olunub bildirildi ki, qusur olan hissəsi təmir
olunub və təhvil ala bilərsiniz. Daha sonra paltaryuyanı mənzilə gətirib
quraşdırıldı. İlk yumadan sonra paltaryuyana
baxış keçirdən zaman, müəyyən edildi ki güya “yeni quraşdırılan baraban” problemli barabandır. Üzərində 3 tərəfli
cızıq-capıq müşaidə olunur. Əlavə olaraq aldığım paltaryuyan maşın 2024 il
buraxılışıdır, quraşdırılan iç barabansa 2023 ilin buraxılışıdır.
Təkrarən
dərhal Bakuelectronics və Samsung şikətin
qaynar xəttinə şikayət etdik. Təkrar olara usta yönləndirib, baxış keçirdilər.
Bildirdilər ki, bu çızıq çapıq deyil, zavod ştampovkasıdır, bu qusur deyil.
Lakin bunula razı olmadığım üçün yenidən “Bakuelectronics” müştəri xidmətlərinə
və Samsung qaynar xəttinə zəng edərək şikayət etdim. Mənə bildirdilər ki, “bunula
bağlı araşdırılma olunur və sizə məlumat təqdim olunacaq”.
Sonda
bildirildi ki. bu çızıq-çapıq paltaryuyana heç bir problem yaratmır. Beləcə “BakuServis
company” video materialı məhəl vermiyərək məhsuliyyətdən yayınır.
Samsung
və BakuServis company tərəfindən barabanı tam yenisi ilə əvəz olunmasında
imtina edir. Qaytarma olunsa ödənilmiş məbləğin 35% tutulacaq”.
Reyhan
Rzayeva deyir ki, neçə vaxtdır qalıb ortalıqda. Nə ödədiyi pulu qaytarmırlar, nə
də ki, paltaryuyanı yenisi ilə əvəz etmirlər.
Məsələ
ilə bağlı qarşı tərəflərə sorğu göndərdik. Ona görə də mövzunu diqqətdə
saxlayacağıq.
News365.az