Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası üçün ərazidə söküntü işləri başlayıb. Söhbət dəmir yolu xəttinin mühafizə zonasına yaxın tikililərdən gedir.
Azərbaycan Dəmir Yollarından bildirilib ki, söküntü işlərinin aparıldığı ərazilərdən biri də Suraxanı bazarı ətrafıdır.
Yeni Suraxanı-Hövsan xəttinin bərpası təkcə bir istiqamətin yenilənməsi demək deyil.
Dövlət Proqramı çərçivəsində Bakı və ətraf qəsəbələri əhatə edən dəmir yolu şəbəkəsinin mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulur.
Yeni Suraxanı-Hövsan xəttində aparılan işlər başa çatdıqdan sonra bu istiqamətdə sərnişin daşımalarının bərpası şəhərətrafı nəqliyyat yükünün azalmasına da təsir göstərəcək.