Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
21:06

Bakının Səbail rayonunda təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunacaq.

Bu barədə News365.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, avqustun 10-da saat 22:00-dan etibarən Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti təmir işləri başa çatanadək məhdudlaşdırılacaq.

Qeyd olunub ki, sürücülərə hərəkət istiqamətlərini əvvəlcədən müəyyənləşdirmələri, mümkün alternativ yollardan istifadə etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri tövsiyə olunur.


Sizin reklam burada
Sizin reklam burada