ABŞ Prezidenti Donald Tramp İranda iqtisadi vəziyyətin günbəgün pisləşdiyini, lakin buna baxmayaraq Tehranla yekun razılaşmanın əldə olunacağını bildirib.
News365.az xəbər verir ki, o bu barədə “Axios” portalına müsahibəsində deyib.
“Biz səs-küysüz hərəkət edirik”, - deyə ABŞ lideri Vaşinqtonun İrana qarşı addımlarını şərh edərkən vurğulayıb.
“Biz onların yalnız müəyyən nümayəndələri ilə danışıqlar aparırıq. Sadəcə böyük inflyasiyası olan və maliyyə çatışmazlığı olan İranı kənardan müşahidə edirik. ABŞ-nin tətbiq etdiyi dəniz blokadası səbəbindən İran iqtisadi baxımdan çox acınacaqlı vəziyyətdədir”, - deyə Tramp əlavə edib.