Bakı–Ələt avtomobil yolunun bəzi hissələrinin vəziyyəti sürücülər üçün çətinlik yaradır.
News365.az xəbər verir ki, sakinlərin və sürücülərin bildirdiyinə görə, yolun müəyyən sahələrində asfalt örtüyündə aşınma və nasazlıqlar müşahidə olunur ki, bu da nəqliyyat vasitələrinin hərəkətinə mənfi təsir göstərir.
Sürücülər qeyd edirlər ki, xüsusilə intensiv hərəkət olunan saatlarda yolun vəziyyəti avtomobillər üçün əlavə risk yaradır və hərəkəti çətinləşdirir.
Hazırda məsələ ilə bağlı aidiyyəti qurumların tədbir görüb-görməyəcəyi gözlənilir.
News365.az