Azərbaycanda yeni və indiyədək görülməmiş bir çox brendlərə ev sahibliyi edəcək iri ticarət mərkəzi - "Crescent Mall" istifadəyə veriləcək.
PAŞA Malls-un portfelindəki növbəti böyük layihə Crescent Mall-dur. Crescent Bay adlı dəniz kənarındakı yeni inkişaf layihəsində yerləşir. Kompleksə 7 ulduzlu otel, yaşayış və ofis sahələri daxildir. Süni adada inşa edilən çoxməqsədli inkişaf layihəsi bütün region üçün sosial, mədəni, əyləncə, alış-veriş və istirahət məkanı yaratmağa ruhlandırır. Crescent Mall-un fəaliyyətə başladığı ilk gündən Azərbaycanda indiyədək görünməmiş brendlərin yer alacağı gözlənilir. Ticarət mərkəzi 35,312 m²-ə qədər icarə sahəsi təklif edir və yeraltı avtodayanacaqda 1000-ə qədər avtomobil yeri var.
Qeyd edək ki, "Pasha Holding"ə daxil olan "Pasha Mall" Azərbaycanın ən böyük ticarət mərkəzi operatorudur. Hazırda şirkət Bakı üzrə 6 ticarət və əyləncə mərkəzini (Port Baku Mall, Deniz Mall, 28 Mall, Gənclik Mall, Amburan Mall və Şüvəlan Park) və Gəncədə bir ticarət mərkəzini (Gəncə Mall) idarə edir.