“Prezident və
hökumət nümayəndələri bir neçə dəfə öz çıxışlarında Azərbaycanda ÜDM artımının
az olmasını problem saymadıqlarını deyiblər. Dünyada belə baxış bucağı
mövcuddur, amma, iqtisadi nəzəriyyə və praktika onu deyir ki, hansısa ölkədə
ÜDM (Ümum Daxil Məhsul) göstəriciləri pisləşəndə, bu xalqın, əhalinin gəlirlərinə,
dolanışığına mənfi təsir edir, həyat səviyyəsi aşağı düşür”.
News365.az xəbər verir
ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.
O əlavə edib
ki, 2026-cı ilin ilk rübünün göstəriciləri açıqlanıb, Azərbaycanda iqtisadi tənəzzül
olduğu, iqtisadi vəziyyətin yaxşı olmadığı açıq görünür və hökumət artıq bu
tendensiyanı görməzdən gələ bilməz, mütləq ciddi islahatlara start verməlidir:
“2026-cı
ilin ilk 3 ayında Azərbaycanda ÜDM 0,3% azalıb, yəni, ressesiya başlayıb. Onu
da nəzərə alaq ki, mart ayında neft qiymətləri kəskin artıb, buna baxmayaraq
ÜDM-də azalma var, deməli, problemlər çox dərinləşib.
Qonşularımıza
baxanda görürük ki, Gürcüstanda 8,4%, Özbəkistanda 7%-dən çox, Qıröızıstanda
8,8% ÜDM artımı var.
Digər göstəricilər
də ürəkaçan deyil – bu ilin ilk 2 ayında Azərbaycanın ticarət dövriyyəsi
2025-ci ilin yanvar-fevral aylarına nisbətən 23,5% azalıb, ixarac 9,6%, idxal
isə 37,1% azalma göstərib. Bu çox təhlükəli tendensiyadır, insanların alıcılıq
qabiliyyəti düşüb, biznes isə investisiya yönümlü avadanlıq almır.
Gələk vətəndaşın
gəlirlərinə - insanların gəlirləri nominal ifadədə 5,3% artıb (bu pis deyil),
amma, ölkədə rəsmi inflyasiya 5,7% olub – yəni, inflyasiya vətəndaşın gəlir
artımını yeyib-bitirib, vətəndaşın real gəlirləri azalıb.
Bu il
problemli kreditlərin həcmi də artıb – 2026-cı ilin yanvarın Azərbaycanın bank
sektorunın qeyri-işlək, probli kreditlər portfeli 763 milyon manat təşkil edib.
İlin-ilə müqaisədə qeyri-işlək portfellər üzrə istehlak kreditlərində 58 milyon
manat, biznes kreditlərində isə 54 milyon manat artım olub. Nəticədə, qeyri-işləklərin
cəmi kredit portfelində payı 0,1 faiz bəndi artaraq 2,5 % təşkil edib.
Xatırladım
ki, iqtisadi nəzəriyyəyə görə problemli kreditlər ümumi kreditlərin 3%-ni keçərsə,
bu təhlükəli hal sayılır. Bizdə artıq 2,5%-ə çatıb, sürətlə də artır, ilin
sonuna, çox güman, 3%-i keçəcək.
Vəziyyət çox
ciddidir, problemlər qar uçqunu kimi artmamış, həlli yolları tədbiq edilməlidir.
Kiçik-orta sahibkarlıq boğulur, qiymətlər sürətlə artır, insanların real gəlirləri
azalır, iqtisadi daralma yaşanır – daha nə olmalıdır ki, həyəcan siqnalını
eşidib, hərəkətə keçilsin?!”
News365.az