Bir neçə gün
əvvəl ADSEA-nin sədri Zaur Mikayılov bəzi media qurumlarına müsahibə verib.
Müsahibənin əsas məzmunu isə kollektor xətlərinin üzərində aparılmış tikililər
olub.
Və Zaur
Mikayılovun səsləndirdiyi bəzi fikirlər ictimaiyyət tərəfindən birmənalı
qarşılanmayıb. Hətta onun fikirlərini təkzib edənlər də olub.
Məsələn
sabiq deputat Etibar Əliyev yazır:
“Deyirlər ki,
Zaur Mikayılov dəhşətli cinayətin üstünü açdı. Dəhşətli cinayət nə deməkdir?
Sual
verilir: O evlərə (subasmaya səbəb olan-red) kim sənəd verib?
Evlərə
“çıxarış” necə verilir?
Zaur müəllim
deyib: "Azərbaycanda fərdi yaşayış evinə çıxarış almaq sadə prosedur
deyil. Bu, bir neçə qurumun iştirak etdiyi mərhələli prosesdir.
İlkin
olaraq, bələdiyyə və s. torpaq sənədini verir, yerli icra hakimiyyəti tikintiyə
nəzarət edir. Tikinti bitdikdən sonra onun dövlət qeydiyyatına alınması, yəni
“çıxarış” alınması üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət
Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə müraciət edilir.
Bundan sonra
həmin evin dövlət qeydiyyatına alınması üçün aidiyyəti qurumların rəyləri
alınır. O rəylər müsbət olduğu halda “çıxarış” (kupça) verilir.
Zaur
Mikayılovun müsahibəsində heç bir qurumun rəhbərinin adı çəkilmir. Mətbuatda
suç keçisi kimi bircə nəfərin adı çəkilir, o da vəzifədən getmiş Qorxmaz
Hüseynovdur.
Tikintiyə
icazə verən qurumlardan biri və birincisi Fövqəladə Hallar Nazirliyidir. Bir mətbuat
orqanı baş verən subasma ilə bağlı bu qurumun rəhbərinin adını çəkə bilmir. Bəli,
bütün qanunsuz tikintilərin baiskarı bu qurumdur, Kəmaləddin Heydərovun rəhbərlik
etdiyi qurumdan söhbət gedir!
Zəruri qeyd:
Hər dəfə baş verən subasmada bir neçə nəfərin primitiv üsullarla təxliyyə edilməsindən
reportajlar verilir və Heydərovun misilsiz “qəhrəmanlığı” gözümüzə soxulur.
Oğlanlarının 100 milyonluq məhkəmə çəkiməsi gedir. Bu pullar haradan peyda
olub?”
News365.az