Özə sektorda
çalışanların sayı durmadan azalır. Bu da ölkədə işsizlərin sayının artmasına səbəb
olur.
Bəs bu mənfi
tendensiyaya səbəb nədir?
Mövzu ilə
bağlı danışan iqtisadçı Natiq Cəfərli deyir ki, 2026-cı ilin fevralın 1-i ilə
müqayisədə martın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1.782
min nəfərdən 1.784 min nəfərə yüksələrək təxminən 0,1% artıb:
“Dövlət
sektorunda çalışanların sayı 861.4 min nəfərdən 870.6 min nəfərə çataraq təxminən
1.1% artım göstərib. Qeyri-dövlət sektorunda isə əksinə, azalma qeydə alınıb.
Belə ki, bu sektorda çalışanların sayı 920.6 min nəfərdən 913.4 min nəfərə enərək
təxminən 0.8% azalıb.
Biz hələ keçən
ilin sonunda xəbərdarlıq edirdik ki, özəl sektorda bu il 3%, gələn il 5%, 2028
ci ildə isə 7% gəlir vergisi tədbiqi, zatən boğulan sahibkarlığa ziyan vuracaq,
onlar işçi ixtisarlarına gedəcəklər. Görürsüsünüzmi, tendensiya başlayıb, özəl
sektor ixtisarlarlara gedir, indi bir daha düşünün, 3% vergidən nə qazandınız, minlərlə
işsiz qalmış vətəndaşa görə nə itirdiniz?!”
News365.az