Bakıda iki piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
News365.az xəbər verir ki, hadisələrdən biri ötən gün saat 05 radələrində Xəzər rayonu Qala-Pirallahı yolunda qeydə alınıb.
Belə ki, Ənvər Əliyev idarə etdiyi “Chevrolet” markalı avtomobillə İlhamə Əliyar qızı Ağayevanı vurub.
Ağır xəsarətlər alan qadın vəfat edib.
Digər hadisə dünən saat 12 radələrində Xəzər rayonu Buzoovna qəsəbəsi Zuğulba şosesində də qeydə alınıb.
Samid İslamov idarə etdiyi “Kia Sorento” markalı avtomobillə İsmayılova Zöhrə Faiq qızını vurub. Piyada hadisə yerində vəfat edib.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.