İran Ommandan oğurladığını qaytaracaqmı? - Tural İrfan yazır
Təhlil
18 Apr 2025 09:42
Ötən həftə Oman Sultanlığının paytaxtı Maskatda ABŞ və İran nümayəndələri arasında keçirilən danışıqlar zamanı İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi masa üzərindəki 15 min dollara yaxın qiyməti olan qızıl qələmi oğurlayıb. Bu barədə “Azad İran” Telegram kanalı xəbər yayıb.
Məlumata görə, Oman Xarici İşlər Nazirliyi qələmin qiymətinin 14,300 dollar olduğunu bildirib və onun geri qaytarılmasını istəyib.
Qeyd olunub ki, Qəribabadi qızıl qələmi təsədüf ehtimalı oğurladığını və qiymətini bilmədiyini açıqlayıb. O, dəyərli qələmi səfirlik vasitəsilə qaytaracağını vurğulayıb.
Hələlik isə qələmin geri qaytarıldığı və ya saxlanıldığı bəlli deyil.
Qeyd edək ki, Omanda rəsmi din İslam dininin İbadiyyə məzhəbidir. Bu cərəyan nə sünnidir nə də şiə. Təfriqəçilikdən və ənənəvi xurafatlardan uzaq duran bu təriqət əsasən mötədil inanca üstünlük verir. Lakin İranın rəsmi ideolojisinə görə İbadiyyə məzhəbinin əsası Həzrət Əlidən ayılan Xəvaric qruplaşmasından törədiyi üçün onların canı və malı halaldır. Ola bilsin bu rəyə əsasən qələmi ilkin "müharibə qəniməti" kimi qaytarmasınlar. Şübhəsiz ki, bu da diplomatik skandala səbəb olaraq hətta İranla Oman arasında savaş səbəbi ola bilər.