Bakıda daha 1 nəfər spirtdən zəhərlənərək öldü

Bakıda daha 1 nəfər spirtdən zəhərlənərək öldü
01 Mar 2025 17:54

Bakıda daha bir nəfər texniki spirtdən zəhərlənərək ölüb. 

News365.az xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb. 

43 yaşlı E.Zeynalov metil spirti içərək zəhərlənib. O, zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilsə də, görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, bu hadisə ilə Bakıda son həftə ərzində texniki spirtdən ölənlərin sayı 24-ə çatıb.


Sizin reklam burada
Sizin reklam burada