Bakıda ağır QƏZA: Ölən var

Bakıda ağır QƏZA: Ölən var
19 İyl 2025 10:10

Paytaxtın Xətai rayonunda ağır yol qəzası baş verib.

News365.az xəbər verir ki, dünən sasat 17 radələrində Hikmət İskəndərovun idarə etdiyi “VAZ 21011” markalı avtomobil yolun kənarında dayanmış “Mitsubishi” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Nəticədə minik avtomobilində olan sərnişin 1980-ci il təvəllüdlü İsgəndərova Azadə Vahid qızı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sürücü H.İskəndərov və sərnişin 2008-ci il təvəllüdlü Zənurə İsgəndərova müxtəlif dərəcəli xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Bakı şəhəri Xəzər RPİ-də cinayət işi başlanılaraq istintaq aparılır.


Sizin reklam burada
Sizin reklam burada