Paytaxtın Xəzər rayonunda açıq ərazidə yanğın baş verib.
News365.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, yanğın nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən daha geniş sahəyə yayılmasına, həmçinin yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində açıq ərazidə 15 hektar sahədə kol-kos və məişət tullantıları yanıb.
Yaxınlıqda yerləşən tikililər və istixana yanğından mühafizə olunub.