Bakıda 3 nəfərin 28 min manatı ələ keçirildi

Bakıda 3 nəfərin 28 min manatı ələ keçirildi
17:00

Nəsimi və Nizami rayonlarında dələduzluq edən şəxslər saxlanılıblar.

News365.az DİN-ə istinadən xəbər verir ki, Nəsimi və Nizami rayonları ərazisində naməlum şəxslər üç nəfər paytaxt sakinini aldadaraq ümumilikdə 28350 manatlarını ələ keçirib.
Vətəndaşların polisə müraciətləri əsasında keçirilən tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı V.Yadullayev, 38 yaşlı R.Musayev və əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 52 yaşlı N.Vəliyeva müəyyən olunaraq saxlanılıblar.

Hər üç faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada