Bakı metrosunun fəaliyyəti nə vaxt bərpa olunacaq? – RƏSMİ AÇIQLAMA

Bakı metrosunun fəaliyyəti nə vaxt bərpa olunacaq? – RƏSMİ AÇIQLAMA
21 Apr 2026 13:17

Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

News365.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirib ki, yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək.

Qeyd edək ki, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb. Bu səbəbdən "Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.


Sizin reklam burada
Sizin reklam burada