Badmintonçularımız Uqandanın paytaxtı Kampala şəhərində
keçirilən "International" seriyalı beynəlxalq turnirdə bürünc medal
qazanıblar.
News365.az Azərbaycan Badminton Federasiyasına
istinadla xəbər verir ki, "Uganda International Series 2024"
turnirində yarımfinala kimi irəliləyən Era Maftuha yarışı üçüncü sırada başa
vurub. Era Uqanda, BƏƏ, Maldivi təmsil edən rəqiblərini məğlub edərək
qadınların şəxsi yarışında bürünc medal qazanıb. Badmintonçumuz finalın bir
addımlığında turnirin qalibi olan Malayziya təmsilçisi Loh Zhi Veiyə 3 setin
tamamında məğlub olub.
Kişi badmintonçuların qoşa yarışında Aqil Qəbilov və Diki
Pangestu Malta, Şotlandiya və İtaliyanı təmsil edən badmintonçuları mübarizədən
kənarlaşdırmağı bacarıb. Yarımfinala yüksəlməklə bürünc medalı təmin edən Aqil
və Diki 1/2 finalda hindistanlı rəqiblərinə hər iki setdə uduzub.