Ermənistan tərəfindən Zəngəzur dəhlizi ilə bağlı mümkün təşəbbüslər barədə yayılan iddialar reallığı əks etdirmir və əsassızdır.
Bu barədə politoloq Sahil Kərimli News365.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, əgər Ermənistan tərəfindən bu istiqamətdə hər hansı real niyyət və ya təşəbbüs mövcuddursa, bu zaman Azərbaycanın mövqeyi əsas götürülməlidir.
“Azərbaycan dövlətinin razılığı və istəyi olmadan bu istiqamətdə heç bir əməli addım atıla bilməz. Təxminən üç ay öncə Prezident İlham Əliyev Şuşada keçirilən Qlobal Media Forumunda da bu məsələdə Azərbaycanın qətiyyətli mövqeyini bir daha ortaya qoydu,” – deyə politoloq vurğulayıb.
Sahil Kərimli əlavə edib ki, indiyə qədər Azərbaycan tərəfinə Ermənistan tərəfindən bu yöndə hər hansı rəsmi istək, plan və ya təklif təqdim olunmayıb. Əgər gələcəkdə belə bir təşəbbüs reallaşsa belə, bu zaman Azərbaycanın dövlət və milli maraqları tam şəkildə qorunacaq:
“Azərbaycanın həyata keçirdiyi siyasətin əsas xətti hər zaman milli maraqların müdafiəsi olub. Bu prinsip gələcəkdə də dəyişməyəcək.”
Politoloq həmçinin qeyd edib ki, Zəngəzur dəhlizinin təhlükəsizliyi və bu istiqamətdə atılacaq addımlar Azərbaycanın öz nəzarətində və yüksək səviyyədə həyata keçiriləcək