8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində bayram konserti təşkil olunub.
News365.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, konsert proqramında səsləndirilən vətənpərvərlik ruhlu mahnılar və rəngarəng səhnə çıxışları iştirakçılara bayram əhval-ruhiyyəsi bəxş edib. Sakinlər Zəfər Gününün sevincini, qürurunu və qələbə coşqusunu birlikdə yaşayıblar.
Qeyd edək ki, konsert proqramından sonra Zəfər Günü münasibətilə Xankəndi səmasında bayram atəşfəşanlığının keçirilməsi nəzərdə tutulub.