Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə münasibətləri və iki ölkə arasında mövcud olan müttəfiqlik bağları ilə bağlı sosial media hesabında paylaşım edib.
News365.az xəbər verir ki, Prezident paylaşımında Bakı ilə Ankaranın sevincinin, Şuşanın qürurunun isə bütün türk millətinin ortaq qüruru olduğunu vurğulayıb.
“Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur.
15 iyun 2021-ci il tarixində Şuşada imzaladığımız Bəyannamə ilə müttəfiqlik münasibətləri səviyyəsində möhkəmləndirdiyimiz qardaşlığımızı zəiflətmək istəyənlər dünən olduğu kimi, bu gün də, sabah da öz məqsədlərinə heç vaxt nail ola bilməyəcəklər.
Uca Allahın izni ilə birliyimiz daim davam edəcək”, – deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.