Politoloq: “Azərbaycan-Türkiyə müttəfiqliyini heç bir qüvvə poza bilməz”

Politoloq: “Azərbaycan-Türkiyə müttəfiqliyini heç bir qüvvə poza bilməz”
08 Noy 2026 18:40

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, Qarabağa səfəri iki ölkə və bütövlükdə Türk dünyası üçün mühüm əhəmiyyət daşıyır.

News365.az xəbər verir ki, bunu politoloq Elçin Şahinoğlu açıqlamasında bildirib.

Politoloqun sözlərinə görə, Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatlarında müttəfiqliyin əbədi olacağı və heç bir qüvvənin bu münasibətləri poza bilməyəcəyi xüsusi vurğulanıb.


Elçin Şahinoğlu qeyd edib ki, bu fikirlər müttəfiqliyin pozulmasında maraqlı olan qüvvələrə də mesaj xarakteri daşıyır:


“Bu qüvvələr həm xaricdə, həm də təəssüf ki, hər iki ölkənin daxilində mövcuddur. Əsas məsələ təxribatçı qüvvələrə imkan verməmək, onların pozucu fəaliyyətinin qarşısını həm inzibati tədbirlər, həm də düzgün informasiya siyasəti vasitəsilə almaqdır.


Liderlərin qapalı görüşündə anlaşılmazlığa səbəb olan məsələlərin müzakirə edildiyini ehtimal etmək olar. Gələcəkdə münasibətlərdə yenidən böhran yaşanmaması üçün iki qardaş dövlətin bütün səviyyələrdə koordinasiyanı gücləndirməsinə ehtiyac var”.


Sizin reklam burada
Sizin reklam burada