Sumqayıt veteranları ilə “Qartal” komandası arasında yoldaşlıq görüşü keçirilib - VİDEO

Sumqayıt veteranları ilə “Qartal” komandası arasında yoldaşlıq görüşü keçirilib - VİDEO
08 Noy 2026 18:47

8 Noyabr – Zəfər Günü münasibətilə Sumqayıt Futbol Klubunun veteranları ilə 44 günlük Vətən müharibəsinin iştirakçılarından ibarət “Qartal” komandası arasında yoldaşlıq futbol qarşılaşması keçirilib.

News365.az xəbər verir ki, tədbirin əsas məqsədi Vətən müharibəsində qazanılmış tarixi Zəfəri qeyd etmək, şəhidlərimizin əziz xatirəsini yad etmək, qazilərə və müharibə iştirakçılarına diqqət və ehtiram göstərmək olub.

Qarşılaşmadan əvvəl “Qartal” tikinti firmasının direktoru Şahin Məmmədov futbolçularla görüşüb. O, idmançılarla səmimi söhbət edərək belə tədbirlərin əhəmiyyətindən danışıb, hər iki komandaya uğurlar arzulayıb.

Daha sonra Şahin Məmmədov tərəfindən qarşılaşmanın bütün iştirakçılarına xüsusi hədiyyələr təqdim olunub. Bu jest idmançılara göstərilən diqqət və qayğının, onların əməyinə və xidmətlərinə verilən dəyərin ifadəsi kimi qiymətləndirilib.

Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada hər iki komandanın futbolçuları öz təcrübə və bacarıqlarını nümayiş etdiriblər. Meydanda sağlam rəqabətlə yanaşı, qarşılıqlı hörmət, dostluq və qardaşlıq ab-havası hökm sürüb.

Yoldaşlıq görüşü iştirakçılar və azarkeşlər üçün xoş təəssüratlarla yadda qalıb. Tədbir Zəfər Gününün ruhuna uyğun olaraq birlik, həmrəylik və Vətənə sədaqət duyğularını bir daha nümayiş etdirib.




Sizin reklam burada
Sizin reklam burada