Azərbaycan neftinin qiyməti 71 dolları ÖTÜB

Azərbaycan neftinin qiyməti 71 dolları ÖTÜB
30 İyl 2025 13:09

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,18 ABŞ dollar artıb. 

News365.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,18 ABŞ dolları, yaxud 1,68 % artaraq 71,51 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.  Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 


Sizin reklam burada
Sizin reklam burada